Modern.az

Qadın idmançılarımız İslamiadanın yarımfinalında

Qadın idmançılarımız İslamiadanın yarımfinalında

Aktual

10 Avqust 2022, 13:20

Azərbaycan taekvondoçuları V İslam Həmrəyliyi Oyunlarında yarımfinala yüksəliblər.

 

Modern.az-ın məlumatına görə, Fəridə Əzizova qazaxıstanlı rəqibini 2:0 hesabı ilə məğlub edib, Patimat Abakarova isə nigeriyalı rəqibi üzərində nokautla erkən qələbə çalıb.

 

Bu gün Oyunlarda Azərbaycan idmançılarının bir “qızıl”, “gümüş” və “bürünc” medalları var.

 

Xatırladaq ki, bu gün Azərbaycan idmançıları Oyunlarda stend atıcılığı, atletika, taekvondo, güləş, voleybol, həndbol, para-üzgüçülük, para-atıcılıq, stolüstü tennis və gimnastika üzrə yarışırlar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...