Modern.az

Sərhəddə 16 terrorçu zərərsizləşdirildi

Sərhəddə 16 terrorçu zərərsizləşdirildi

Aktual

10 Avqust 2022, 14:36

Son iki gün ərzində Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriya ərazisində 16 terrorçu zərərsizləşdirilib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, avqustun 10-da Suriyanın şimalında Türkiyənin Mardin vilayətinə sərhəd bölgədə hücum edərək əraziyə sızmağa cəhd edən 9 PKK/YPG terrorçusu zərərsizləşdirilib.

 

Daha bir təxribatın qarşısı avqustun 9-da alınıb. Burada Mardin Kızıltəpə sərhəd xəttinə hücum hazırlığında olan 7 terrorçu zərərsizləşdirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!