İranda ötən sutka ərzində 5635 nəfər koronavirusa (COVID-19) yoluxub, 90 nəfər dünyasını dəyişib.
Modern.az-ın məlumatına görə, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyindən xəbər verilib.
Bildirilib ki, İranda virusdan ölənlərin sayı 142 654 nəfərə çatıb, yoluxanların sayı isə 7,45 milyondan çoxdur. Virus daşıyıcılarından 1471 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Qonşu ölkədə indiyədək 7,13 milyon nəfərdən çox şəxs koronavirusdan sağalıb, 53,4 milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə, İranda 153 milyondan çox vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 64,8 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 58,1 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 30,3 milyon təşkil edir.