Modern.az

Bu görüş idmanın inkişafına verilən yüksək dəyərdir

Bu görüş idmanın inkişafına verilən yüksək dəyərdir

Aktual

22 Avqust 2022, 17:42

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşü ölkəmizdə idmanın inkişafına verilən yüksək dəyərin təzahürüdür. 


Bu sözləri Modern.az saytına açıqlamasında millət vəkili Azər Kərimli deyib. 


Azərbaycanın idman ölkəsi olduğunu qeyd edən deputat uzun illərdən bəri ölkəmizdə idmanın inkişafı ilə bağlı həyata keçirilən tədbirlərin, Olimpiya Hərəkatının gənclərinmizin vətənpərvərlik ruhunda yetişməsində, onlarda mücadilə əzminin daha da artmasında müstəsna rol oynadığını bildirib:

 

“Azərbaycanda idmanın inkişafına verilən dəyər ilk növbədə gənclərimizin sağlam ruhda böyümələrinə xidmət edir. Hər dəfə qalib gələn idmançımızın şərəfinə Azərbaycan bayrağının dalğalandırılması, himnimizin səsləndirilməsi hər birimizə, xüsusilə də yeniyetmələrə və gənclərə böyük stimul verir, onları daha mübariz və vətənpərvər olmağa, hədəflərinə doğru yolulmadan irəliləməyə həvəsləndirir, bayrağımızın ucaldılmasını həyatlarının amalına, qayəsinə çevirir. Cənab Prezident də idmançılarla çıxışı zamanı qeyd etdi ki, hər dəfə Bayrağımız qaldırılanda, Himnimiz səslənəndə hər bir Azərbaycan vətəndaşı haqlı olaraq qürur hissi keçirir və hər qələbə bir daha bizim şöhrətimizi artırır”. 


Azər Kərimli qeyd edib ki, Azərbaycanda idmanın inkişafı Prezident İlham Əliyev tərəfindən uzun illərdən bəri həyata keçirilən və gənc nəslin vətənpərvərlik ruhunda yetişməsinə xidmət edən siyasətin çox önəmli bir hissəsini təşkil edir: “Biz rəşadətli əsgər və zabitlərimizin 44 günlük Vətən Müharibəsində nümayiş etdirdikləri misilsiz qəhramanlıq nümunələrində bu siyasətin özünü necə doğrultduğunun şahidi olduq”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı