Modern.az

Bakıda II Elizabetin vəfatı ilə əlaqədar xatirə kitabı açıldı

Bakıda II Elizabetin vəfatı ilə əlaqədar xatirə kitabı açıldı

Aktual

9 Sentyabr 2022, 12:38

Kraliça II Elizabetin vəfatı ilə əlaqədar xatirə kitabı açılıb.

 

Bu barədə Modern.az-a Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

 

“Kraliça II Elizabetin ölümü ilə bağlı Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin inzibati binası və səfirin iqamətgahında dövlət bayrağı endirilib. Eyni zamanda, Kraliçanın ölümü ilə bağlı öz ürək sözlərini yazmaq istəyənlər üçün xatirə kitabı açılıb. Dünyanın müxtəlif ölkələrində yaşayan və öz hisslərini bölüşmək istəyən şəxslər isə ürək sözlərini onlayn açılan xatirə kitabında yaza bilərlər”, - səfirlikdən bildiriblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı