Modern.az

BMT Baş katibindən vacib ÇAĞIRIŞ

BMT Baş katibindən vacib ÇAĞIRIŞ

Aktual

14 Sentyabr 2022, 07:56

Ümumi çağırışların həlli dünya ictimaiyyətindən daha çox həmrəylik tələb edəcək, qarşıdan gələn aylar beynəlxalq sistemin gücünü sınamağa davam edəcək.

 

Modern.az-ın məlumatına görə, bu barədə BMT-nin Baş katibi Antonio Quterreş Dünya Təşkilatı Baş Assambleyasının 77-ci sessiyasının açılışında çıxışı zamanı deyib.

 

"77-ci sessiyaya diqqət yetirsək, 76-cı sessiyanı müəyyən edən bir çox problem hələ də bizimlədir. Biz təhlükəsizlik, insan hüquqları, davamlı inkişafın təmin edilməsi üzrə işlərin çərçivəsində təhlükədə olan dünya ilə qarşılaşırıq", - deyə A.Quterreş deyib.

 

BMT-nin Baş katibi münaqişələr, iqlim dəyişikliyi, inkişaf etməkdə olan ölkələrdə maliyyə qeyri-sabitliyi, yoxsulluq, aclıq və bərabərsizliyi əsas çağırışlar kimi müəyyən edib:

 

"Ümumi problemlərin həlli daha çox həmrəylik tələb edəcək. Qarşımızda duran aylar bu təşkilatın təmsil etdiyi beynəlxalq sistemin gücünü sınamağa davam edəcək".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı