Modern.az

Kraliçanın tabutu Bukingem Sarayına gətirilib

Kraliçanın tabutu Bukingem Sarayına gətirilib

Aktual

14 Sentyabr 2022, 08:38

Kraliça II Elizabetin tabutu Bukingem Sarayına gətirilib.

 

Modern.az xəbər verir ki, Kraliçanın qızı Şahzadə Annanın müşayiəti ilə cənazə Edinburqdan Londondakı Bukingem Sarayına gətirilib.

 

Sarayda Kraliçanın tabutunu, Kral III Çarlz həyat yoldaşı Konsort Kraliça Kamilla, Şahzadələr Uilyam ilə Harri və onların həyat yoldaşları qarşılayıblar.

 

Sentyabrın 14-də Kraliçanın tabutu Bukingem sarayından Vestminster zalına aparılacaq. Daha sonra onun tabutu ictimaiyyətə açılacaq.

 

Kraliça II Elizabetin dəfn mərasimi sentyabrın 19-da keçiriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı