Modern.az

Şəhid və atası dəfn edilir - VİDEO

Şəhid və atası dəfn edilir - VİDEO

Aktual

14 Sentyabr 2022, 09:45

Ermənistanın təxribatı nəticəsində şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu, 1997-ci il təvəllüdlü Vadim Qocayev və onun atası Alik Qocayev dəfn edilir.

 

Modern.az xəbər verir ki, hər iki şəxsin nəşi Qobustan rayonunun Sündü kənd qəbiristanlığına aparılır.

 

Mərasimdə ictimaiyyət nümayəndələri, vətəndaşlar və hərbçilər iştirak edirlər.

 

Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Təxribat nəticəsində şəhid olan hərbçilərimizdən biri də Vadim Qocayev idi. Onun ölüm xəbərini eşidən atası A.Qocayev ürəktutmadan dünyasını dəyişib.

 

V.Qocayevin nəşini gətirmək üçün Gəncəyə yollanan ata oğlunun cənazəsini təhvil almazdan öncə infarkt keçirib. O, hospitala çatdırılsa da, həyatını xilas etmək mümlün olmayıb.

 

Allah rəhmət eləsin!

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı