Modern.az

Nüfuzunu artıran AQC-nin sıraları genişlənir

Nüfuzunu artıran AQC-nin sıraları genişlənir

Aktual

14 Sentyabr 2022, 09:52

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) rəhbərliyinin yenidən formalaşdırılmasından sonra təşkilatın fəaliyyətinin aktivləşməsi, Cəmiyyətə üzv olmaq istəyən Qiymətləndirici şirkətlərinin sayının artması, müvafiq dövlət təşkilatları ilə yeni əlaqələrin qurulması və mövcud əməkdaşlıqların genişləndirilməsi istiqamətində işlər davam etməkdədir.  

 

Bu barədə məlumat verən Cəmiyyətin İdarə Heyətinin üzvü, qurumun İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Pərviz Qulaminin sözlərinə görə, AQC-nin İdarə Heyətinin bu gün keçirilən növbəti iclasında ötən müddət ərzində görülən işlər müzakirə edilərək, bir sıra məsələlər barədə qərar qəbul edilib. 

 

İclasın əvvəlində AQC sədri Vüqar Orucun məruzəsi dinlənilib.

 

Sonra AQC sədri Vüqar Oruc tərəfindən Cəmiyyətin Türkiyə təmsilçisi təyin edilən iqtisadçı Mikayıl Mirzəzadənin və AQC sədrinin müşaviri təyin edilən jurnalist Azər Niftiyevin təyinatları İdarə Heyəti tərəfindən təsdiq edilib. 

 

İclasda bir müddət əvvəl yekunlaşmış qiymətləndiricilərin peşəkarlıq səviyyəsinin artırılması kurslarının nəticələri müzakirə edilərək qeyd edilib ki, 28 iştirakçı arasından 16-sı imtahanları müvəffəqiyyətlə verərək sertifikatla təltif olunublar. Həmçinin iclasda növbəti aylarda təşkil olunacaq digər kursların istiqamətləri müəyyənləşdirilib. 

 

Həmçinin İdarə Heyəti tərəfindən AQC-yə üzvlüyü təsdiq edilən 4 şirkətə - “Real Prays”, “Azər Biznes Konsaltinq”, “AECS” MMC və “Praqma Consulting” qiymətləndirmə şirkətlərinə üzvlük şəhadətnəmələri təqdim edilib. Bununla da AQC üzv olan təşkilatların sayı 54-ə yüksəlmiş oldu.  

 

Sonda İdarə Heyəti tərəfindən Cəmiyyətin “Fəaliyyət Planı” əsasında aparılan işlər  çərçivəsində növbəti atılacaq addımların istiqamətləri razılaşdırılıb və oktyabr ayının əvvəlində Direktorlar Şurasının genişləndirilmiş iclasının keçirilməsi qərara alınıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı