Modern.az

Ailəsini Ümidsiz qoyan 21 yaşlı şəhid...

Ailəsini Ümidsiz qoyan 21 yaşlı şəhid...

Aktual

14 Sentyabr 2022, 11:46

Sentyabr 13-də Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olan Ümid Həsənov son mənzilə yola salınıb.

 

Modern.az xəbər verir ki, şəhidimiz Quba rayonunun İsnovqışlaq kənd qəbiristanlığında dəfn olunub.

 

Ümid Həsənovun nəşi rayon rəhbərliyi və ictimaiyyət nümayəndələrinin iştirakı ilə torpağa tapşırılıb.

 

Qeyd edək ki, 2001-ci il təvəllüdlü Ümid Azərbaycan Ordusunda müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yeni işə başlamışdı. Ailənin tək oğlu olan Ümidin atası vəfat edibmiş.

 

Ailədə anası və 2 bacısı ilə yaşayan Ümid Həsənov subay idi.

 

Allah rəhmət eləsin!

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı