Modern.az

Baş redaktor insultdan öldü

Baş redaktor insultdan öldü

Aktual

14 Sentyabr 2022, 12:38

İyirmi ildən artıq “Komsomolskaya Pravda”ya rəhbərlik etmiş jurnalist Vladimir Sunqorkin vəfat edib.

Modern.az xəbər verir ki, baş redaktorun ölümü haqda qəzet öz saytında yazıb.


“Komsomolskaya Pravda” qəzetinin baş redaktoru Vladimir Sunqorkin 68 yaşında vəfat edib.


İlkin məlumata görə, ölümün səbəbi insult olub.


“Komsomolskaya Pravda” xəbər verib ki, hadisə baş redaktor Primoryedə ezamiyyətdə olarkən baş verib. O, Uzaq Şərqin pioneri Vladimir Arsenyev haqqında kitab üçün material toplayırmış.

 

Vladimir Sunqorkin 1954-cü ildə Xabarovskda anadan olub, jurnalist təhsili alıb və 1976-cı ildən ixtisası üzrə işləyir. 1985-ci ildən “Komsomolskaya Pravda”da işləməyə başlayıb, burada ştat müxbirindən baş redaktorluğa qədər yüksəlib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı