“Biz pakistanlılar Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı dərin kədər hissi keçiririk və son hadisələri böyük narahatlıqla izləyirik”.
Bunu Modern.az-a açıqlamasında Pakistanın Dayanıqlı İnkişaf üzrə Qlobal Strateji İnstitutunun (GSISD) təsisçisi və direktoru, politoloq Kayser Nəvab bildirib.
O, ictimaiyyətin və təşkilatların Ermənistanın Azərbaycan-Ermənistan sərhədində törətdiyi təxribatları pisləyəcəyini gözlədiyini deyib:
“Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə hörmət edərək, bu təxribatları tez bir zamanda dayandıracağına və əldə olunmuş razılaşmalara uyğun hərəkət edəcəyinə ümid edirik. Biz təxribatların daha çox insan həyatına son qoymaması üçün beynəlxalq ictimaiyyətin və təşkilatların bu hadisəni pisləməsini gözləyirik. Ermənistan Azərbaycana qarşı təxribatlara son qoymalı və sülh üçün mövcud imkanlara kölgə salınmamalıdır", - Kayser Nəvab qeyd edib.
Xatırladq ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.