Modern.az

İlham Əliyev və Paşinyan eyni tədbirə qatılacaqlar

İlham Əliyev və Paşinyan eyni tədbirə qatılacaqlar

Aktual

14 Sentyabr 2022, 14:34

Sentyabrın 15-16-da Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatının sammiti keçiriləcək. 

 

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, təşkilata üzv olan bütün ölkələr sammitdə iştirak edəcək.  

 

Bundan əlavə, müşahidəçi dövlətlərin - Belarus, İran və Monqolustan prezidentləri də tədbirə qatılacaqlar.

 

Rusiya KİV-lərinin yaydığı məlumata görə, Azərbaycan, Ermənistan, Türkmənistan və Türkiyə liderlərinin Şanxay Əməkdaşlıq Təşkilatının sammitinə fəxri qonaq qismində gəlməsi gözlənilir.

Sizə yeni x var
Keçid et
İrana misli görülməmiş hücum - Hazırlıqlar başladı!