Modern.az

KTMT-nin saytı sındırıldı

KTMT-nin saytı sındırıldı

Aktual

14 Sentyabr 2022, 16:08

KTMT-nin saytı sındırılıb və DDoS hücumuna məruz qalıb.

 

Modern.az xəbər verir ki, bu barədə Təşkilatın katibliyinin mətbuat xidməti məlumat yayıb.

 

"Sentyabrın 13-də saat 23:00 radələrində KTMT-nin www.odkb-csto.org rəsmi saytı DDoS hücumuna məruz qalıb", - məlumatda deyilir.

 

Qeyd olunur ki, resursun fəaliyyəti pozulub, bəzi məlumat xarakterli mesajlara icazəsiz dəyişiklik etmək cəhdləri qeydə alınıb, 14 sentyabr 2022-ci il saat 07:00-dək giriş mümkün olmayıb. Hazırda sayt qismən bərpa edilib, icazəsiz müdaxilənin lokallaşdırılması və zədələnmiş və ya itirilmiş məlumatların bərpası üçün tədbirlər görülür.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı