Modern.az

Şəhid Cavidan Bədəlov dəfn olunub

Şəhid Cavidan Bədəlov dəfn olunub

Aktual

14 Sentyabr 2022, 16:25

Erməni silahlı birləşmələrinin təxribatını dəf edərkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalan igidlərimizdən biri də baş leytenant Cavidan Bədəlovdur. Şəhidimiz doğulub boya-başa çatdığı İsmayıllı rayonunun Talıstan kəndində dəfn olunub.

 

Modern.az xəbər verir ki, dəfn mərasimində rayon rəhbərliyi, kənd sakinləri, ictimaiyyət nümayəndələri, şəhidin qulluq etdiyi hərbi hissənin zabit və əsgərləri, yaxınları iştirak ediblər.

 

Vida mərasimdən sonra üçrəngli, ay-ulduzlu bayrağa bükülən şəhidimizin nəşi Talısatan kənd qəbiristanlığında torpağa tapşırılıb.

 

Dəfn mərasimindən sonra şəhidimizin döyüş yolundan söhbət açılıb, “Qurani Kərim”dən ayələr oxunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı