Modern.az

Son sutkada koronavirusdan 9 nəfər öldü

Son sutkada koronavirusdan 9 nəfər öldü

Aktual

14 Sentyabr 2022, 16:30

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 371 yeni yoluxma faktı qeydə alınıb, 508 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 818 634 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 806 701 nəfər müalicə olunaraq sağalıb, 9873 nəfər vəfat edib, aktiv xəstə sayı 2060 nəfərdir.

 

Son sutka ərzində 3664, hazırkı dövrədək isə 7 203 417 test aparılıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı