Modern.az

“İtkilərimiz var, əlavə məlumat veriləcək” - Anar Eyvazov

“İtkilərimiz var, əlavə məlumat veriləcək” - Anar Eyvazov

Aktual

14 Sentyabr 2022, 17:58

Ermənistan tərəfi böyük itkilər verərək geri çəkilib. 

 

Modern.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov bu gün keçirilən brifinqdə bildirib.

 

"Ermənistan yenə təxribat əməllərini davam etdirib. Təəssüf ki, itkilərimiz var, əlavə məlumat veriləcək", - deyə nazirlik rəsmisi qeyd edib.

 

Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı