Modern.az

UEFA “Qarabağ”ın müraciətinə “YOX” dedi

UEFA “Qarabağ”ın müraciətinə “YOX” dedi

Aktual

14 Sentyabr 2022, 18:14

Avropa Liqasının qrup mərhələsinin II turunun “Qarabağ” – “Nant” oyunu bir dəqiqəlik sükutla başlamayacaq.

 

Modern.az xəbər verir ki, bu barədə məlumatı Ağdam klubunun mətbuat xidməti yayıb.

 

Bildirilib ki, Azərbaycan – Ermənistan sərhədində dünyasını dəyişən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması üçün UEFA-ya göndərilən müraciətə cavab gəlib. Qitə futbol qurumu avrokubok görüşündə belə addım atılmasına icazə verməyib:

 

“Bizə UEFA-dan cavab gəldi ki, narahatlığınızı başa düşür, anlayışla qarşılayırıq. Lakin bu məsələ futbolla bağlı olmadığı üçün icazə verə bilmərik”.

 

Qeyd edək ki, “Qarabağ” – “Nant” matçı sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı