Modern.az

Yaralı hərbçilərə qan lazım olması barədə iddialara RƏSMİ CAVAB

Yaralı hərbçilərə qan lazım olması barədə iddialara RƏSMİ CAVAB

Aktual

14 Sentyabr 2022, 23:52

"Bəzi sosial şəbəkə hesablarında guya xeyli sayda yaralılarımızın mövcudluğu və onlara qan lazım olması ilə bağlı əsassız məlumatlar paylaşılır. Bildiririk ki, Azərbaycan Ordusunda qan komponentləri ehtiyatları ilə bağlı heç bir problem yoxdur".

 

Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

 

Qeyd olunub ki, ehtiyac olarsa Ordumuzun qan və qan komponentlərinə olan tələbatı Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının Qan Bankı bölməsi tərəfindən tam təmin ediləcək.

 

"Vətəndaşlarımızı bu cür yalan məlumatlara aldanmamağa və rəsmi təsdiqini tapmayan məlumatları paylaşmamağa çağırırıq".

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı