Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov ölkəmizdə səfərdə olan Kanada İcmalar Palatasının sədrinin müavini, Kanada-Azərbaycan dostluq qrupunun sədri Barri Devolinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Modern.az-ın verdiyi xəbərə görə, görüşdə Azərbaycanda mövcud tolerantlıq mühiti, dinlərarası münasibətlər ətrafında fikir mübadiləsi aparılıb. Dövlət Komitəsinin sədri Kanadanın beynəlxalq platformada Azərbaycanın haqlı mövqeyinə, ölkəmizin ərazi bütövlüyünə verdiyi dəstəyə görə təşəkkürünü bildirib. Kanada-Azərbaycan dostluq qrupunun sədri Barri Devolin Azərbaycandakı mövcud tolerant mühit barədə məlumatlı olduğunu bildiib və bunu yüksək qiymətləndirib.
Modern.az