Modern.az

QHT Alyansı QHT Şurasının 5 illik fəaliyyətini müzakirə edəcək

QHT Alyansı QHT Şurasının 5 illik fəaliyyətini müzakirə edəcək

Aktual

5 Aprel 2013, 12:57


QHT Əməkdaşlıq Alyansı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 5 illik fəaliyyətinə həsr edilən ictimai müzakirə keçirəcək. Aprelin 11-də saat 12.00-da Beynəlxalq Mətbuat Mərkəzində  keçiriləcək toplantı “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 5 illik fəaliyyəti ilə bağlı ictimai müzakirənin keçirilməsi” mövzusunda olacaq.  

Alyans hesab edir ki, QHT-lərə Dövlət Dəstəyi Şurasının 5 il ərzində keçdiyi yola vətəndaş cəmiyyəti üzvlərinin bir daha nəzər salmasına, Şuranın apardığı siyasətə və vətəndaş cəmiyyətinin inkişafı üçün atdığı addımların ictimai müzakirəsinə ehtiyac var. Çünki, Şura vətəndaş cəmiyyətinin inkişafı sahəsində dövlət siyasətini həyata keçirən bir qurumdur. Bütün QHT-lərə, vətəndaş cəmiyyəti institutlarına açıq olan ictimai müzakirədə QHT-lərə Dövlət Dəstəyi Şurasının 5 il ərzində milli maraqların qorunması, Konstitusiya və qanunlara, dövlət rəmzlərinə hörmətin formalaşdırılması, eləcə də Azərbaycanın ərazi bütövlüyünün bərpası, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyinin dünyada təqdim edilməsi, qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsi, azərbaycançılıq ideyasının təbliğ edilməsi, ümumiyyətlə, dövlət və cəmiyyətin inkişafı üçün əhəmiyyət kəsb edən problemlərin həllinə qeyri-hökumət təşkilatlarının cəlb olunması məsələləri danışılacaq və iştirakçılar öz baxış bucaqlarını açıqlayacaqlar.
Şuranın, eyni zamanda Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarının inkişaf problemlərinin həlli, müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsi, dövlət orqanları ilə qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq münasibətlərinin sabit və effektiv sisteminin yaradılması və ölkədə vətəndaş cəmiyyətinin inkişafı sahəsində atdığı addımlar da iştirakçıların müzakirə etdiyi və fikir bildirdiyi mövzulardan olacaq.
İctimai müzakirədə çoxsaylı QHT və media rəhbərləri, müvafiq dövlət qurumlarının nümayəndələri, millət vəkilləri və digər şəxslər iştirak edəcək.

QHT Şurası Azərbaycan Respublikası Prezidentinin 2008-ci il, 16 aprel tarixli sərəncamı ilə yaradılıb.

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı