Modern.az

Rusiyada səfərbərlik çağırışına gedənlərə pul veriləcək

Rusiyada səfərbərlik çağırışına gedənlərə pul veriləcək

Aktual

22 Sentyabr 2022, 14:14

Qismən səfərbərlik çərçivəsində Rusiya Silahlı Qüvvələrinin sıralarına çağırılan vətəndaşlar aylıq azı 205 min rubl (5,699 AZN) alacaqlar.

 

Modern.az xəbər verir ki, bu barədə Yakutiyanın (Saxa Respublikası) hərbi komissarı Aleksandr Avdonin bildirib.

 

“Səfərbərliyə çağırılan bütün vətəndaşlar müqavilə əsasında xidmət edən hərbi qulluqçulara bərabər tutulur, vəzifəsindən və hərbi rütbəsindən asılı olaraq eyni miqdarda - 205 min rubldan başlayaraq pul müavinəti alacaqlar”, - o deyib.

 

Avdonin qeyd edib ki, ilk növbədə hərbi xidmətə üç il əvvəldən çox olmayan müddətdə hərbi xidmət keçmiş, həmçinin hərbi xidmət bacarığı olan gənclər cəlb edilirlər.

 

Bölgələr dəstək tədbiri kimi vətəndaşlara əlavə məbləğlər ödəyə bilərlər.

 

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin 21 sentyabr tarixində ölkə ərazisində səfərbərlik elan edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı