Rusiyadan qanunsuz olaraq Qarabağın işğal altında olan hissəsinə köçən milyarder Ruben Vardanyan bu gün erməni separatçılarının “təhlükəsizlik şurası”nın katibi Vitali Balasanyanla görüşüb.
Modern.az xəbər verir ki, bu barədə biznesmen özünün Facebook səhifəsində yazıb.
O qeyd edib ki, Balasanyanla müzakirə yeni regional çağırışlar şəraitində Qarabağ separatçılarının vəziyyəti ətrafında aparılıb.
“Bildirdik ki, geosiyasi proseslərə, sarsıntılara baxmayaraq, səylərimizi birləşdirsək, özümüz təhlükəsizliyimizin təmin olunmasında böyük rol oynaya biləcəyik”, - Ruben Vardanyan deyib.