Modern.az

Kanada XİN erməni təxribatını araşdırır

Kanada XİN erməni təxribatını araşdırır

Aktual

22 Sentyabr 2022, 15:12

Kanadanın Baş naziri Castin Trüdonun ofisi bu ölkədə fəaliyyət göstərən Azərbaycan icması üzvlərinin Ermənistanın son təxribatı ilə bağlı müraciətini cavablandırıb.

 

Modern.az xəbər verir ki, baş nazirin ofisindən “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin rəhbəri Lalin Həsənovaya və Alberta-Azərbaycan Mədəniyyət Cəmiyyətinin (ALACS) icraçı direktoru Səbinə İsgəndərovaya ünvanlanan cavab məktubunda bildirilib ki, Castin Trüdoya göndərilmiş məktubun ünvanına çatdığını təsdiqləyirlər.  

 

“Əmin olun ki, sizin müraciətiniz dəqiq araşdırılacaq. Sizin elektron məktubunuz baxılması üçün xarici işlər naziri hörmətli Melani Coliyə göndərilib”, - deyə qeyd olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı