Modern.az

“Rusiya ordusu döyüş mövqelərimizə zəhərli maddə atıb” - Ukrayna

“Rusiya ordusu döyüş mövqelərimizə zəhərli maddə atıb” - Ukrayna

Aktual

24 Sentyabr 2022, 10:00

“Rusiya ordusu drondan istifadə edərək Ukrayna hərbçilərinin döyüş mövqelərinə içərisində zəhərli maddə olan konteynerlər atıb”.

 

Modern.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin “Cənub” Əməliyyat Komandanlığından bildirilib.

 

Əraziyə K-51 xloropikrin qumbarası atıldığı ehtimal edilir:

 

“İtki yoxdur, kritik durum yaranmayıb”.

 

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibə bu il fevralın 24-də başlayıb. Ukrayna Daxili İşlər Nazirliyinin məlumatına görə, indiyədək ölkədə 7 mindən çox dinc sakin həlak olub, 5 min 500 nəfər isə yaralanıb.

 

Xatırladaq ki, xloropikrin zəhərli maddə olduğuna görə, onu yalnız müvafiq icazə ilə tətbiq etmək olar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...