Modern.az

Vətən Müharibəsi Şəhidlərinin ailələləri ziyarət olunub

Vətən Müharibəsi Şəhidlərinin ailələləri ziyarət olunub

Aktual

24 Sentyabr 2022, 11:24

Naftalan şəhərində 27 sentyabr Anım Günü ərəfəsində bütün şəhid ailələrinin ziyarəti davam edib.

 

Modern.az xəbər verir ki, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, şəhər polis şöbəsinin rəisi Zaur Bədəlov, şəhər Ağsaqqallar şurasının sədri Möhübbət Bədəlov və digər məsul şəxslər 44 günlük Vətən Müharibəsində şəhid olmuş şəhərin Qaşaltı Qaraqoyunlu kənd sakini Elyəddin Cəfərovun ailəsini ziyarət ediblər.

 

İcra başçısı Şəhidimizin ailəsi ilə söhbət aparmış və sosial qayğılarının həlli ilə bağlı müvafiq tapşırıqlar verib.

 

Şəhid atası Zöhrab Cəfərov şəhid ailələri və qazilərin sosial qayğılarının həlli ilə bağlı dövlətimiz tərəfindən həyata keçirilən əsaslı işlərə və göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali baş Komandan cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı