Modern.az

Sığınacaqdakı uşaqlarda qoturluq aşkarlanıb

Sığınacaqdakı uşaqlarda qoturluq aşkarlanıb

Aktual

24 Sentyabr 2022, 15:00

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin təşəbbüsü ilə Səhiyyə Nazirliyinin nəzdində olan Respublika Gigiyena Epidemiologiya Mərkəzi tərəfindən Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzi dezinfeksiya edilib.

 

Bu barədə TƏBİB-dən Modern.az-a verilən məlumatda bildirilib.

 

Qeyd olunub ki, adıçəkilən sığınacağa yeni daxil olan uşaqlar 19 sentyabrda 3 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanserinə yerləşdiriliblər:

 

"Analizlərə əsasən, uşaqlara qoturluq diaqnozu qoyulub. Uşaqların müvafiq müalicələri aparılıb və yenidən analizlər götürülüb. Analizlərin nəticəsinə görə, qoturluq aşkarlanmayıb və bu səbəbdən də onlar baxıcılarının müşayiəti ilə sığınacağa qaytarılıblar.

 

Bununla belə, ötən gün TƏBİB tərəfindən sığınacağa həkim briqadası göndərilib, psixiatrik-nevroloji problemi olan uşaqlar nevropatoloq tərəfindən müayinə olunublar. Eyni zamanda uşaqlarda qeydə alınan qaşıntı ilə bağlı da həkim müayinəsi aparılıb, qoturluq inkar olunub, dermatit aşkar edilib. Dermatit aşkar edilən uşaqlar isə 3 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanserinə yerləşdiriliblər və müalicələri davam edir".

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı