Modern.az

Rusiya millisi bu il ilk oyununa çıxdı

Rusiya millisi bu il ilk oyununa çıxdı

Aktual

25 Sentyabr 2022, 10:08

Rusiya millisi 2022-ci ildə ilk oyununa çıxıb.

 

Modern.az xəbər verir ki, sonuncu dəfə ötən ilin noyabrından 14-də yaşıl meydanlarda top qovan rusiyalı futbolçular Qırğızıstan millisi ilə qarşılaşıb.

 

Bişkekdəki Dolon Omurzakov adına stadionda baş tutan oyunda ruslar 2:1 hesabı ilə qalib gəliblər.

 

Qırğızıstan - Rusiya - 1:2

Qollar: Şukurov, 24 (1:0), Sobolev, 30-pen (1:1), Utkin, 89 (1:2)

 

Qeyd edək ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi səbəbindən UEFA yığmanı bütün beynəlxalq turnirlərdən kənarlaşdırıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı