Modern.az

Millimiz bu gün son oyununa çıxacaq

Millimiz bu gün son oyununa çıxacaq

Aktual

25 Sentyabr 2022, 11:20

Futbol üzrə Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində sonuncu oyununu keçirəcək.

 

Modern.az xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu kollektiv C Divizionunun 3-cü qrupunun VI turunda Qazaxıstan yığmasını qəbul edəcək.

 

"Dalğa Arena"dakı qarşılaşma saat 20:00-da başlayacaq. Görüşün baş hakimi almaniyalı Harm Osmers olacaq.

 

Hazırda 13 xalı olan qonaqlar B Liqası və AVRO-2024-də iştirak üçün pley-offa vəsiqəni təmin edib.

 

UEFA Millətlər Liqası

Qrup mərhələsi, VI tur

 

20:00. Azərbaycan - Qazaxıstan

 

Hakimlər: Harm Osmers, Robert Kempter, Dominik Şaal, Martin Petersen (Almaniya)

 

Bakı, "Dalğa Arena" stadionu

 

Xal durumu: Qazaxıstan - 13, Azərbaycan - 7, Slovakiya - 6, Belarus - 2

 

Qeyd edək ki, qrupun digər oyununda Belarus Slovakiyanın qonağı olacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı