Misir 2036-cı ildə olimpiadaya ev sahibliyi etmək üçün namizədliyini irəli sürəcək.
Modern.az xəbər verir ki, artıq Qahirə bununla bağlı hərəkətə keçib.
Bildirilir ki, Misir yarışa ev sahibliyi edən ilk ərəb və ya Afrika ölkəsi ola bilər.
Qeyd edək ki, daha əvvəl Almaniya, Meksika, Türkiyə, Rusiya, Hindistan və Qətərin də 2036-cı ildəki Yay Olimpiya Oyunlarını keçirmək istədiyi açıqlanıb.