Modern.az

"Putin Zelenski ilə danışıqlara hazırdır" - Çavuşoğlu

Aktual

26 Sentyabr 2022, 12:32

"Rusiya Prezidenti Vladimir Putin cənab Ərdoğanla görüşündə Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlara hazır olduğunu bildirib".

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yapon həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında deyib. 

 

"Əslində Ukrayna lideri də danışıqlara hazır olduqlarını bildirmişdi. Amma müharibə uzandıqca tərəflərin niyyətləri dəyişib. Ümid edirik ki, tərəfləri yenidən bir araya gətirə bilərik", - deyə XİN başçısı vurğulayıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı