Modern.az

Nazarbayevin qardaşı oğlu həbs olundu

Nazarbayevin qardaşı oğlu həbs olundu

Aktual

26 Sentyabr 2022, 15:56

Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevin qardaşı oğlu Kayrat Satıbaldıulı 6 il müddətinə həbs edilib.

 

Modern.az-ın məlumatına görə, bu barədə Qazaxıstan məhkəməsinin qərarında deyilir.

 

O, vəzifə səlahiyyətlərindən sui-istifadə və "Kazaxtelekom" şirkətinin vəsaitlərinin mənimsənilməsində təqsirli bilinib.

 

Qeyd edək ki, K,Satıbaldıulı bu ilin martında Qazaxıstan Korrupsiyaya Qarşı Mübarizə Xidməti tərəfindən saxlanılmışdı.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!