Modern.az

Xüsusi xidmət orqanlarının rəhbərləri Moskvada toplaşacaq

Xüsusi xidmət orqanlarının rəhbərləri Moskvada toplaşacaq

Aktual

26 Sentyabr 2022, 17:52

Sentyabrın 30-da Rusiyanın paytaxtı Moskvada MDB-yə üzv ölkələrin təhlükəsizlik və kəşfiyyat orqanlarının rəhbərlərinin müşavirəsi keriləcək.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosudan bildirilib.

 

Məlumata görə, sentyabrın 30-da MDB ölkələrinin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətlərinin rəhbərlərinin XVIII müşavirəsi baş tutacaq.

 

Toplantıda Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan, Qırğız Respublikası, Tacikistan, Özbəkistan və Rusiya nümayəndələri iştirak edəcək.

 

İclasdan əvvəl-sentyabrın 29-da Rusiya Prezidenti Vladimir Putin MDB-yə üzv ölkələrin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri rəhbərləri ilə videokonfrans formatında müşavirə keçirəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı