Modern.az

Paşinyan hökumətin iclasını keçirdi

Paşinyan hökumətin iclasını keçirdi

Aktual

28 Sentyabr 2022, 14:13

Ermənistanın baş naziri Nikol Paşinyan 2023-cü ilin büdcə layihəsi ilə bağlı hökumətin iclasını keçirib.


Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, maliyyə naziri Tiqran Xaçatryan məruzə ilə çıxış edib. Qeyd edib ki, 2023-cü ilin büdcə layihəsi 2021-2026-cı illər üçün hökumət proqramı əsasında formalaşıb.


Nazir makroiqtisadi göstəricilərə və fiskal siyasətin proqnozlarına toxunub, istiqamətlər üzrə təklif olunan xərc həcmlərini təqdim edib.


Baş nazir idarə rəhbərlərinə əsaslı xərclərin icrasını və tenderlərin elan edilməsi prosesini diqqət mərkəzində saxlamağı davam etdirməyi tapşırıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı