Modern.az

DİN küçədə bir-birinə sığınan uşaqları AXTARIR

DİN küçədə bir-birinə sığınan uşaqları AXTARIR

Aktual

28 Sentyabr 2022, 14:44

Müğənni Elmira Ələkbərzadə Bakıda küçədə yatan iki yeniyetmənin görüntülərini yayıb.

 

Modern.az xəbər verir ki, sənətçi görüntüləri Nəsimi rayonu, Səməd Vurğun küçəsində lentə aldığını bildirib və küçədə gecələyən yeniyetmələrə köməklik göstərilməsini xahiş edib. O, sosial şəbəkə vasitəsilə uşaq sığınacaqlarına müraciət edib.

 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib ki, hazırda həmin uşaqlarla bağlı araşdırma aparılır:

 

"Uşaqlar tapılaraq aidiyyəti üzrə təhvil veriləcək”.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki Sosial Xidmətlər Agentliyi də mövzu ilə bağlı araşdırma aparıldığını bildirib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı