Modern.az

"Fənərbağça" Novakla yollarını ayırdı

Aktual

28 Sentyabr 2022, 14:48

Türkiyənin "Fənərbağça" klubu futbolçusu Filip Novakla vidalaşıb.

 

Modern.az xəbər verir ki, 32 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

 

Çexiyalı futbolçunun karyerasını Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Cəzirə" klubunda davam etdirmək istədiyi bildirilir.

 

Qeyd edək ki, Novak 2020-ci ilin yayından "sarı-lacivərtlər"in formasını geyinirdi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!