Modern.az

Almaniya Ukraynaya yeni hərbi yardım ayırdı

Almaniya Ukraynaya yeni hərbi yardım ayırdı

Aktual

28 Sentyabr 2022, 17:02

Almaniya Ukraynaya ayırdığı yeni hərbi yardım paketini açıqlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Almaniya hökuməti məlumat yayıb.

 

Yardım paketinə 10 körpü sistemi, 90 ağır qoşqu, 6 MG3 pulemyotu, 20 min 40 mm-lik qumbaraatan daxildir.

 

Qeyd edək ki, daha əvvəl Almaniya kansleri Olaf Şolts rəsmi Berlinin Ukraynaya tanklar verməməyinin səbəbini izah etmişdi. O bildirmişdi ki, bu addım müharibənin daha da genişlənməsinə şərait yaratmamaq üçündür.

 

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında savaş bu il fevralın 24-də başlayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı