Modern.az

Lukaşenko ilk dəfə Abxaziyaya getdi

Lukaşenko ilk dəfə Abxaziyaya getdi

Aktual

28 Sentyabr 2022, 17:30

Belarus Prezidenti Aleksandr Lukaşenko ilk dəfə Abxaziyaya səfər edib.

 

Modern.az xəbər verir ki, bu barədə Abxaziyanın "Xarici İşlər Nazirliyinin" mətbuat xidməti məlumat yayıb.

 

Lukaşenko səfəri çərçivəsində qondarma Abxaziya respublikasının “prezidenti” Aslan Bjaniya ilə görüş keçirib. Görüş zamanı qarşılıqlı əməkdaşlıq, iqtisadi-ticarət əlaqələri, eləcə də beynəlxalq məsələlər müzakirə olunub.

 

Qeyd edək ki, Lukaşenko Abxaziyaya səfər etsə də, Belarus buranı müstəqil dövlət kimi tanımır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!