Modern.az

Yolu Zəfər, mənzili Şuşa olan Azərbaycan

Yolu Zəfər, mənzili Şuşa olan Azərbaycan

Актуально

28 Sentyabr 2022, 15:56

Zaman gizli olan hər şeyin üstünü açır, aydın olan hər şeyin üstünü örtür. Həqiqətən də zaman sübut etdi ki, yüzilliklər boyu yalanlarıyla, xəyanətkarlığın, terrorizmin üzərini nə qədər ört basdır edib, özlərini dünyada günahsız xalq kimi tanıtmağa çalışsalar da Azərbaycan ordusu yağı düşmənin əsl üzünü 44 gündə göstərdi. 27 senytabrdan başyalan döyüşləri tək döyüş meydanında aparmadıq. Tam 3 cəbhədə biz müharibə apardıq. Beynəlxaq arenalarda, informasiya meydanında, döyüş meydanında. Bu qədər təzyiqlərə baxmayaraq biz qalib gəldik! Qalib gəldik çünki Azərbaycan haqq savaşında öz doğma torpaqları uğrunda mübarizə aparırdı.

 

27 senytabrda başlanan Vətən müharibəsində ön cəbhədə necə ürəklə, qürurla əsgərlərimiz döyüşürdüsə eləcə də arxa cəbhədə körpəsindən tutmuş yaşlısına kimi hər bir vətəndaş əlindən gələni əsirgəmədi. 5 yaşlı uşağın yol kənarında duraraq, əlində bir parça çörəyi yolnan gedən əsgərə verməyi elə bizim qalib gəlməyimizin göstiricisi idi. Aylarla öz təqaüdünü almayıb orduya bağışlayan yaşlı bir kişinin gözlərindəki o qürur idi bizi qalib edən. Yaralı olduğu halda hərbi hospitaldan qaçaraq “yoldaşlarım cəbhədə təkdir” deyən qazilərin sayəsində biz qalib gəldik. Döyüş yoldaşlarına “Siz ailəlisiniz övladlarınız var, mən subayam ilk mən irəliləyim” deyib düşmən üzərinə hücum edərək sinəsini ilk gülləyə sipər edən şəhidlərin hesabına Azərbaycan qalib gəldi. Düşmən tərəfə haqq qazandıraraq, ölkə başçısına verilən qərəzli suallara Cənab Prezidentin gülərək verdiyi cavablarıyla, məğrur duruşu ilə biz qalib gəldik! Xalqımızın tarixi qələbəsi böyük milli potensialımızı üzə çıxardı. Reallıq göstərdi ki, Azərbaycan müstəqillik dövründə dövlətçilik dəyərlərimizə bağlı, tarixi yaddaşı qoruyub saxlayan, vətənpərvər və əzmkar bir nəsil yetişdirib. Bu tarixi qələbə əsrlər keçsə də yaddaşlardan silinməyəcək. Müasir dövrün standartlarına cavab verən, texnologiyanın inkişaf etdiyi bir dövdə müharibə aparmaq asan iş deyil. İllərlə güclənmiş, silahlanmış ən qəddar bir düşmən üzərində qalib gəlmək Azərbaycan ordusunu qüdrətinin göstəricisidir. Bu döyüşlər düşmən üzərində qələbə qazanmaqdan başqa, mili birliyimizin, mübariz xalq olduğumuzu dünyaya göstərdi. Artıq dünyanın hər bir ölkəsində Azərbaycanı əzmkar, mübariz, qalib xalq kimi tanıyırlar. Beləliklə, o qürurlu tarixin üzərindən iki il ötür. 8 noyabr düşmənin dizinin yerə atdığı gün, 30 illik həsrətə son qoyulan gündür. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Sağlamlıqlarını itirən qazilərimizə Allahdan şəfa diləyirəm.

 

Asim Rüstəm

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı