Modern.az

Sentyabrda valyuta hərraclarında 465,3 milyon dollar satılıb

Sentyabrda valyuta hərraclarında 465,3 milyon dollar satılıb

Aktual

29 Sentyabr 2022, 12:17

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

 

Modern.az AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 56,6 mln. ABŞ dolları (ötən hərraca nisbətən 0,7% az) olub və tam təmin edilib.

 

Ümumilikdə isə, sentyabr ayında valyuta hərraclarında 465,3 milyon dollar (17,7%) satılıb.

 

Dövlət Neft Fondu (ARDNF) tərəfindən bu ilin doqquz ayında 3 milyard 857,3 milyon ABŞ dolları məbləğində valyuta satışı həyata keçirilib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 10,4% azdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı