Modern.az

XII Bakı Beynəlxalq Kitab Sərgisinə xüsusi avtobuslar gedəcək

XII Bakı Beynəlxalq Kitab Sərgisinə xüsusi avtobuslar gedəcək

Ölkə

Bu gün, 11:24

Kitabsevərlərin Bakı Ekspo Mərkəzinə rahat gediş-gəlişi məqsədilə xüsusi avtobuslar fəaliyyət göstərəcək

Modern.az xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 21-də Bakı Ekspo Mərkəzində XII Bakı Beynəlxalq Kitab Sərgisi başlanacaq.

Oktyabrın 27-dək davam edəcək builki sərgi “Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya” mövzusuna həsr olunub.

Sərgi günlərində paytaxt sakinlərinin və qonaqların metronun “Koroğlu” stansiyasından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə rahat gediş-gəlişi təmin ediləcək.

Sərginin iş vaxtı hər gün saat 10:00–20:00 arasıdır.

Bütün ziyarətçilərin sərgi məkanına girişi ödənişsizdir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən təcili tapşırıq - Moskvada xaos başladı