Rusiya aviasiyası “Donetsk xalq respublikası”nın Nikolaevka bölgəsində Ukrayna tərəfindən vuruşan 80-ə qədər muzdlu əcnəbini məhv edib.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.
“Rusiya Aerokosmik Qüvvələrinin Nikolaevka qəsəbəsi ərazisində “Xarici legion” əcnəbi muzdlu bölmələrinin mövqelərinə yüksək dəqiqliklə endirdiyi zərbə nəticəsində 80-ə qədər yaraqlı məhv edilib”, - nazirlik qeyd edib.