Modern.az

Lənkəranda 3 aylıq hamilə gəlin itkin düşüb

Lənkəranda 3 aylıq hamilə gəlin itkin düşüb

Aktual

29 Sentyabr 2022, 15:26

Lənkəranda 18 yaşlı gəlin itkin düşüb.

 

Modern.az APA-ya istinadən məlumat verir ki, Lənkəran rayonunun Velədi kənd sakini, 2004-cü il təvəllüdlü Lamiyə Valeh qızı Məmmədova 8 gün öncə evdən çıxaraq, geri qayıtmayıb. Hadisə ilə bağlı dərhal rayon polis şöbəsi məlumatlandırılıb. Yaxınları və Lənkəran Polis Şöbəsi əməkdaşları Lamiyənin axtarışlarına başlayıblar. Amma Lamiyənin itkin düşməsindən 8 gün keçsə də, axtarışlar hələlik nəticəsiz qalıb.

 

Hazırda onun axtarışları istiqamətində işlər davam etdirilir.

 

Lamiyənin 3 aylıq hamilə olduğu bildirilir. O, evdən çıxarkən 40 manat pul götürüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı