Modern.az

İranın Azərbaycandakı səfirliyinin qarşısında aksiya keçirilib

İranın Azərbaycandakı səfirliyinin qarşısında aksiya keçirilib

Aktual

29 Sentyabr 2022, 15:30

Bu gün bir qrup şəxs İranın Azərbaycandakı səfirliyinin qarşısında piket keçirib.

 

Modern.az xəbər verir ki, aksiya iştirakçıları İranda baş verən hadisələrlə bağlı etirazlarını bildiriliblər.

 

İştirakçılar "Cənubi Azərbaycana azadlıq", "Molla rejimi rədd olsun", "Fars rejimi rədd olsun", "Ölüm olsun İrana", "Diktator rədd olsun", "Molla rejimi qətliamı dayandır" , "Azadlıq, ədalət , "Milli Hökümət" kimi şüarlar səsləndiriblər.

 

Səfirliyin qarşısında aksiya iştirakçılarının bəyanatı səsləndirilib. Bəyanat səfirliyə təqdim edilib.

 

Aksiya insidentsiz başa çatıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı