Modern.az

Paşinyan Praqadan Rusiyaya getdi

Paşinyan Praqadan Rusiyaya getdi

Aktual

7 Oktyabr 2022, 09:08

Ermənistanın Baş naziri Nikol Paşinyan MDB-nin qeyri-rəsmi sammitində iştirak etmək üçün Praqadan Sankt-Peterburqa gedib.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.  
 

Ötən gün Paşinyan Fransa Prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin iştirakı ilə Azərbaycan lideri İlham Əliyev ilə dördtərəfli görüş, həmçinin Türkiyə Prezidenti Ərdoğan ilə ikitərəfli görüş keçirib.

 

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin 70 illik yubileyini Sankt-Peterburqda MDB ölkələrinin başçıları ilə birlikdə keçirəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Prezidentdən kritik xəbərdarlıq - Xəzərdə faciə baş verə bilər