Futbol üzrə Azərbaycan Premyer Liqasının IX turunda "Zirə" klubu "Şamaxı"nı qəbul edib.
Modern.az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Xallarının sayını 16-ya çatdıran paytaxt təmsilçisi turnir cədvəlində 4-cü pilləyə yüksəlib. 2 xala malik olan "Şamaxı" isə sonuncu -10-cu sıradadır.
Qeyd edək ki, IX turun "Səbail" - "Sumqayıt", "Neftçi" - "Turan Tovuz" matçları oktyabrın 8-də, "Qəbələ" - "Qarabağ", "Sabah" - "Kəpəz" görüşləri isə oktyabrın 9-da baş tutacaq.