Modern.az

Erməni diasporu münasibətlərin normallaşmasına qarşıdır - Çavuşoğlu

Erməni diasporu münasibətlərin normallaşmasına qarşıdır - Çavuşoğlu

Aktual

9 Oktyabr 2022, 21:45

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Fransadakı erməni diasporu Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərinin normallaşması prosesinə qarşıdır.

 

Modern.az xəbər verir ki, bu barədə XİN başçısı Strasburqda türk icmasının nümayəndələri ilə görüşündə deyib.
 

Çavuşoğlu qeyd edib ki, bəzi diasporlar yaxşı münasibətlərin qurulmasına qarşıdırlar və düşmənçiliklərini davam etdirirlər.
 

Nazir Fransada yaşayan türkləri belə hallara qarşı mübarizə aparmağa çağırıb.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?