Modern.az

Yarımfinalçılar bəlli oldu

Yarımfinalçılar bəlli oldu

Aktual

16 Oktyabr 2022, 12:35

Ardanış Futbol Akademiyasının təşkilatçılığı ilə şəhid jurnalist Məhərrəm İbrahimov və Sirac Abışovun xatirəsinə həsr olunan həvəskar komandalar arasında Ənənəvi Futbol Turnirində II turun oyunları keçirilib.

 

Modern.az-ın məlumatına görə, günün ilk matçında B qrupunda yer alan "Ada Təpə" və "Media" üz-üzə gəlib.

 

Qarşılaşma "Ada Təpə"nin 2:1 hesablı qələbəsi ilə bitib.

 

A qrupunda baş tutan "Göyçə" - "Sadaxlı" görüşündə qalib müəyyənləşməyib - 1:1.

 

Bu nəticələrdən sonra "Ardanış" və "Ada Təpə" komandaları yarımfinala vəsiqəni təmin edib. Digər iki yarımfinalçının adına oktyabrın 23-də III turda aydınlıq gələcək.

 

A qrupu

 

"Göyçə" - "Sadaxlı" - 1:1

 

Qollar: Əfqan Əliyev - Nurlan Aşırov

 

Xal durumu: "Ardanış" - 3 xal (bir oyuna), "Göyçə" - 1 xal (bir oyuna), "Sadaxlı" - 1 xal (iki oyuna)

 

B Qrupu

 

"Ada Təpə" - "Media" - 2:1

 

Qollar: Şükür Məmmədalıyev, İsa İsayev - Rüstəm Abdullayev

 

Xal durumu: "Ada Təpə" - 3 xal (bir oyuna), “Novoivanovka” - 1 xal (bir oyuna), Media - 1 xal (iki oyuna),

 

Turnirin məqsədi Birinci və İkinci Qarabağ savaşında canlarını fəda etmiş mərd mübarizlərin xatirəsini anmaq, 44 günlük Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıq nümunələrini yaşatmaq, Məhərrəm və Siracın timsalında şəhid olan igidlərin öz peşələrindən əlavə, idmana olan marağını gənclərə aşılamaq, yeni nəslin sağlam ruhda vətənpərvər böyüməsinə töhfə verməkdir.

 

Xatirə turnirində qalib komandalara, eləcə də “ən yaxşı futbolçu”, “ən çox qol vuran”, “ən yaxşı qapıçı" və “ən gənc oyunçu” nominasiyaları üçün mükafat, kubok, medal və hədiyyələr nəzərdə tutulub.

 

İştirakçılar arasında 44 günlük Vətən müharibəsi zamanı ön cəbhələrdən şəhid həmkarları kimi operativ xəbərlər, reportajlar hazırlayan jurnalistlər də var. Şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov "Ardanış", Sirac Abışovun qardaşı Şirzad Abışov isə “Media” komandasında çıxış edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı