Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclası başlayıb.
Modern.az xəbər verir ki, iclas İstanbul şəhərində keçirilir.
İclasda 11 noyabr 2022-ci ildə Səmərqənddə keçiriləcək TDT Sammitinə hazırlıq müzakirə olunacaq.
Toplantıya təşkilata üzv olan Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın, həmçinin, müşahidəçi ölkələr Macarıstan və Türkmənistanın XİN rəhbərləri qatılıb.
Azərbaycanı görüşdə xarici işlər naziri Ceyhun Bayramov təmsil edir.