Modern.az

Xudafərin körpüsünün azad olunmasının İKİ İLİ

Xudafərin körpüsünün azad olunmasının İKİ İLİ

Aktual

18 Oktyabr 2022, 00:08

Oktyabrın 18-i Cəbrayıl rayonunda yerləşən qədim Xudafərin körpüsünün və ətraf ərazilərin Ermənistan silahlı qüvvələrinin işğalından azad edildiyi gündür.

 

Modern.az xəbər verir ki, Azərbaycan-İran sərhədində, Araz çayının üzərində yerləşən körpünün erməni işğalçılarından təmizlənməsindən 2 il ötür.

 

2020-ci ilin oktyabrın 18-də Xudafərin körpüsü ilə yanaşı, Cəbrayıl rayonunun daha iki yaşayış məntəqəsi - Hacılı kəndi və Hacı İsaqlı kəndi işğalçılardan azad edilib.

 

Azərbaycanın Vətən müharibəsində düşmən üzərində qalib gəlməsindən 6 gün sonra – 2020-ci ilin noyabr ayının 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Cəbrayıl rayonunda olublar. Prezident Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan bayrağını ucaldıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı